AMEA-nın Neft və Qaz İnstitutunun “Neft və qaz yataqlarının işlənməsi və istismarı” üzrə elmi seksiyasının növbəti iclası keçirilib.
İclasda müəssisənin Laydaxili dinamiki proseslərin ədədi modelləşdirilməsi şöbəsinin elmi işçisi Gülşən Səmədovanın “Tükənmə rejimində istismar edilən qaz-kondensat yataqlarının işlənilmə prosesinin optimallaşdırılması” mövzusunda məruzəsi dinlənilib.
Geniş müzakirələrdən sonra məruzəçiyə tədqiqatların daha da genişləndirilməsi tövsiyə olunub.
İclasın sonunda bir sıra məsələlərə də baxılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.