Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

15.05.2015 14:39
  • A-
  • A
  • A+

AMEA İqtisadiyyat İnstitutunda görüş keçirilib

AMEA İqtisadiyyat İnstitutunda görüş keçirilib

Mayın 15-də İqtisadiyyat İnstitutunda AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nərgiz Axundova ilə bu elmi müəssisənin bir qrup mütəxəssisi arasında görüş keçirilib.

Görüşdə, həmçinin AMEA-nın müxbir üzvləri Akif Musayev, Şahin Mustafayev və Qafqazın Strateji Tədqiqatları İnstitutunun direktoru Eldar İsmayılov iştirak ediblər. 

Görüşdə institutun direktoru, professor Nazim Müzəffərli (İmanov) dövlətin iqtisadiyyata müdaxiləsinin sosial-iqtisadi inkişafa təsirlərinin qiymətləndirilməsi istiqamətində yeni metodologiya və bunun əsasında hazırlanan “İqtisadiyyatın Solluğu (Sağlığı) İndeksi” haqqında ətraflı məlumat verib. Bildirib ki, instututda bir qrup ekspert bu indeksdən istifadə etməklə, 37 ölkənin iqtisadiyyatını sağlıq-solluq dərəcəsinə görə təsnifləşdirmişdir. Ölkələrarası müqayisələr sahəsindəki digər tədqiqatlardan fərqli olaraq, bu İndeks hansısa ölkənin başqalarına nisbətən daha üstün və ya zəif (“yaxşı” və ya “pis”) olmasını deyil, hansı iqtisadi siyasətə üstünlük verilməli olduğunu müəyyənləşdirməyə imkan verir.  

Ekspert qrupunun üzvləri, iqtisad üzrə fəlsəfə doktorları Allahyar Muradov, Rəsmiyyə Abdullayeva, Emin Məmmədzadə, Fərqanə Musayeva, Rüfət Əfəndiyev və fəlsəfə üzrə fəlsəfə doktoru Mayis Gülalıyev ideyanın mahiyyəti və iqtisadiyyat üzrə nəzəri və tətbiqi tədqiqatlarla bağlı yeni imkanlar barədə məlumat veriblər.

Görüşdə AMEA-nın müxbir üzvü Nərgiz Axundova ideyanı müsbət qiymətləndirdiyini və bu istiqamətdə instituta müvafiq köməklik göstərəcəyini bildirib.

Sonda qonaqlara professor Nazim Müzəffərlinin “İqtisadiyyatın sosialyönlüyü sağçı və solçu sistemlərdə” kitabı hədiyyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: