Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.04.2022 14:08
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının hesabat-seçki iclası keçirilib

Radiasiya Problemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının hesabat-seçki iclası keçirilib

AMEA-nın Radiasiya Problemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) hesabat-seçki iclası keçirilib.

İclasda çıxış edən institutun GAMŞ-nın sədri, kimya üzrə fəlsəfə doktoru Ülviyyə Quliyeva hesabat dövründə görülmüş işlər və gənc alimlərin əldə etdiyi nailiyyətlər haqqında hesabat verib.

Sonra çıxış edən Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev sözügedən müəssisənin gənc alim və mütəxəssislərini, eləcə də iclasda iştirak edən qonaqları salamlayıb, institutun tarixi və fəaliyyət istiqamətləri, əldə olunmuş uğurları, beynəlxalq əməkdaşlıq əlaqələri, kadr potensialı haqqında geniş məlumat verib. Gənc alim və mütəxəssislərin elmi fəaliyyətləri prosesində qarşılaşdığı problemlərə də toxunan İ.Mustafayev gənclərə öz tövsiyələrini verib və onlara uğurlar arzulayıb.

Daha sonra çıxış edən institutun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva Radiasiya Problemləri İnstitutunun maddi-texniki bazası və gələcək perspektivlərdən, eləcə də gənclərin aktiv fəaliyyətindən danışıb.

Tədbirdə çıxış edən AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev, İnformasiya Texnologiyaları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aysən Fərəcova, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tərlan Yelmarlı bütövlükdə AMEA-nın gənc alimlərinin aktiv elmi və ictimai fəaliyyəti, həmçinin qarşıda duran vəzifələrindən danışıblar.

İclasda Radiasiya Problemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri və yeni tərkibi üzrə səsvermə keçirilib. Səsvermənin nəticəsinə əsasən institutun kiçik elmi işçisi Əli Məmmədov RPİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri seçilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: