Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

13.04.2022 14:16
  • A-
  • A
  • A+

MEK-ə xarici ölkələrdən nəşrlər daxil olub

MEK-ə xarici ölkələrdən nəşrlər daxil olub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) xarici tərəfdaşları ilə əməkdaşlığı müntəzəm olaraq davam etdirilir və aktual mövzularla bağlı xarici nəşrlərin əldə edilməsi istiqamətində işlər aparılır.

Bu günlərdə kitabxanaya Rusiya (“Китай”), Hollandiya (Elements), Türkiyə (İslam Araştırmaları Dergisi), Fransadan (Geographie) ətraf mühit, geologiya, iqlim, riyaziyyat, ictimai elmlər və başqa sahələri əhatə edən nəşrlər daxil olub.

Beynəlxalq mübadilənin intensiv aparıldığı qurumlar sırasında Potsdam Universitet Kitabxanası, Senkenberq Nəşr Mübadiləsi, Leibniz Assosiasiyası, Şotlandiya Milli Kitabxanası, Sloveniya Elmlər Akademiyasının Kitabxanası, Yaponiyanın Riyaziyyat və Neft Kimya Cəmiyyəti, Fransanın Botanika İnstitutunu qeyd etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: