Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.04.2022 15:56
  • A-
  • A
  • A+

Fizika İnstitutunda “Yeni Azərbaycan Partiyasının gənclər siyasəti” mövzusunda tədbir keçirilib

Fizika İnstitutunda “Yeni Azərbaycan Partiyasının gənclər siyasəti” mövzusunda tədbir keçirilib

AMEA-nın Fizika İnstitutunda “Yeni Azərbaycan Partiyasının gənclər siyasəti” mövzusunda tədbir keçirilib.

Tədbir Fizika İnstitutunun Gənc Alim və Mütəxəsislər Şurası (GAMŞ) və Yeni Azərbaycan Partiyasının gənclərinin birgə təşkilatçılığı ilə baş tutub.

Yığıncağı Fizika İnstitutunun GAMŞ sədri, f.ü.f.d Behbud İbrahimov açaraq Yeni Azərbaycan Partiyasının Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ziyalıların təşəbbüsü və fəal iştirakı ilə yaranma tarixindən danışıb.

Sonra Fizika İnstitutunda YAP ərazi partiya təşkilatının sədri, f.ü.f.d Şəhla Xəlilova çıxış edərək gəncləri gələcəklərini düzgün müəyyənləşdirərək, ölkəmizə maksimum dəstək vermək üçün fəal olmağa çağırıb.

Tədbir institutun Vakuum fotoelektronikası laboratoriyasının mühəndisi Günel Məhərrəmovanın çıxışı ilə davam edib. O, çıxışında YAP Yasamal rayon təşkilatında keçirilən tədbirlərdən danışıb.

Sonda Fizika İnstitutunda YAP ərazi partiya təşkilatının sədr müavini, Yüksək gərginliklər fizikası və texnikası laboratoriyasının kiçik elmi işçisi Xədicə Əliyeva Yeni Azərbaycan Partiyasının gənclərin fəaliyyətində rolu, o cümlədən Fizika İnstitutunun gənc alimlərinin ötən il ərzində gördüyü işlər haqqında məlumat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: