Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.04.2022 17:09
  • A-
  • A
  • A+

Tarix İnstitutunda Qobustan qayaüstü petroqlifləri və Şumer tarixinə dair məruzələr dinlənilib

Tarix İnstitutunda Qobustan qayaüstü petroqlifləri və Şumer tarixinə dair məruzələr dinlənilib

Aprelin 13-də AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda elmi seminar keçirilib.

Seminarda AMEA-nın Coğrafiya İnstitutunun dissertantı Şakir Həmzəyev “Qobustan qayaüstü petroqlifləri və Azərbaycan xalça işarələrinin açılmamış sirləri” mövzusunda məruzə ilə çıxış edib. Alim məruzəsində bildirib ki, tariximizin daş kitabəsi - Qobustan bəşər cəmiyyətinin ilkin dövründə yaşayan insanların həyat tərzini, məişətini, məşğuliyyətini, mədəniyyətini, incəsənətini əks etdirir. Onun sözlərinə görə, xalçalar və xalça işarələri dünyanın 17 ölkəsində olan qayaüstü rəsm və işarələrin sivil davamı kimi antik dünyamıza sanki mənəvi yollar açıb.

Daha sonra Xəzər Universitetinin dissertantı Xaqani İsmayılın “Şumer tarixinə aktual baxış” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi Şumer ilk yazı mədəniyyətinə sahib olan xalq haqqında geniş məlumat verib.

Daha sonra məruzələr ətrafında geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: