Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.04.2022 12:04
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasında “Kosmosa açılan pəncərə” adlı seminar keçirilib

Şamaxı Astrofizika Rəsədxanasında “Kosmosa açılan pəncərə” adlı seminar keçirilib

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Bakı və Şamaxı filialları, Azərbaycan Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində Ümümdünya Aviasiya və Kosmonavtika Gününə həsr olumuş Kosmosa açılan pəncərə adlı seminar keçirilib.

Tədbirlərdə kosmonavtikanın tarixi, kosmik uçuşlar və kosmik teleskoplar, Azərbaycanda astronomiyanın inkişaf yolu, astronomiyanın müasir tədqiqat istiqamətləri, əlamətdar astronomik hadisələr, o cümlədən Qara dəliklər və qaranlıq materiya haqqında maraqlı məlumatlar diqqətə çatdırılıb. N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları fizika riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Nazim Hüseynov, astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm, ŞAR Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova, həmçinin elmi işçilər Səbahəddin Alışov, Əminə Hümbətova, Aysel Rüstəmova, Cənnət Səmədov, Zümrüd Binnətova, Aytac İskəndərova və Nurlan Şərəfxanovun təqdim etdiyi məruzələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Çıxışların yekununda məruzə edilən mövzular ətrafında diskusiya aparılıb və seminar iştirakçılarının sualları cavablandırılıb.

Seminarların təşkil olunduğu ali təhsil müəssisələrinin rəhbərliyi və müəllim heyəti də tədbirlərdə iştirak ediblər. ADPU-nun Şamaxı filialının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Tünzalə Yusifova, ADPU Fizika fakültəsinin dekanı, fizika elmləri doktoru Arzu Daşdəmirov, Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, riyaziyyat elmləri doktoru, professor Yusif Qasımov, ADİU-nun Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı texnologiya üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərov, ADİU 3 saylı kitabxananın müdiri Nərminə Abdullayeva elmin kütləviləşdirilməsi, təbliği və təşviqinə töhfə verən maraqlı tədbirlərə görə Şamaxı Astrofizika Rəsədxanasının rəhbərliyinə təşəkkür ediblər və bu istiqamətdə Rəsədxana ilə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: