Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.04.2022 12:48
  • A-
  • A
  • A+

Biofizika İnstitutunda Elm gününə həsr olunan seminar keçirilib

Biofizika İnstitutunda Elm gününə həsr olunan seminar keçirilib

AMEA-nın Biofizika İnstitutunda Elm gününə həsr olunmuş növbəti elmi seminar keçirilib.

Seminarda Biomolekulların strukturu, dinamikası və funksiyası laboratoriyasının elmi işçisi Aidə Məmmədzadə “Fibroin zülalının zamandan asılı aqreqasiya kinetikasının xüsusiyyətləri və Fusid turşusu anti aqreqat kimi” mövzusunda məruzəsini təqdim edib.

O, məruzəsində fibroin zülalı və aqreqasiya prosesi, aqreqasiyanı göstərən ölçmələr və bunların nəticələri haqqında ətraflı məlumat verib. “Son illərdə neyrodegenerativ xəstəliklər, Alzheimer, Parkinson və bu kimi xəstəliklər yaşlı insanlar arasında geniş yayılıb. Bu xəstəliklərə səbəb olan qeyri-nativ zülal aqreqasiyasıdır. Təqdim olunan tədqiqat işində Fusid turşusunun zülalda aqreqasiya əmələ gəlməsini ingibirləşdirdiyi, hətta artıq yaranmış aqreqatları parçaladığı göstərilib. İnsanda katarakt mənşəli billur materialında da Fusid turşusunun ingibitor xüsusiyyətinə malik olduğu göstərilib. Müxtəlif nəzəri və eksperimental üsullarla Fusid turşusunun anti aqreqat təsiri müəyyənləşdirilib. Beləliklə, Fusid turşusunun amiloid xəstəliklərinə, o cumlədən göz xəstəliklərinə qarşı mübarizədə istifadə oluna biləcəyi göstərilib” , - deyə gənc alim bildirib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: