Bakı Ali Neft Məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Neft-qaz geologiyası və mühəndisliyi” mövzusunda tələbə və gənc tədqiqatçıların III beynəlxalq elmi konfransı keçirilib.
Konfransda AMEA-nın Neft və Qaz İnstitutunun I kurs magistrantları Məryəm Mirzoyeva “Kosmik geodeziya məlumatları əsasında Acınohur neft-qaz perspektivli rayonunun geodinamik şəraitinin öyrənilməsi” (elmi rəhbər: y.e.f.d. Aynur Zamanova), Nərmin Behbudova isə “Karotaj məlumatlarının əsasında paleosedimentasiya şəraitinin bərpası” (elmi rəhbər: g.-m.e.d. Namaz Yusubov) mövzusunda çıxış edib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.