AR Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Bakı Dövlət Universitetinin Fizika fakultəsinin “Fizika” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin istehsalat təcrübəsi başa çatıb.
Təcrübə müddətində tələbələrə dərs planına uyğun olaraq əvvəlcə Bakı Dövlət Universitetində nəzəri biliklər tədris edilib. Tədris zamanı tələbələrə rəsədxananın alimləri tərəfindən astronomiyanın prioritet tədqiqat istiqamətləri, Günəş sistemi, ulduzlar və onlarda baş verən proseslər, planetlər və qalaktikalar haqqında ümumi məlumatlar verilib.
Nəzəri tədris periodunu tamamlayan tələbələrə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında praktiki dərslər keçirilib. Burada onlara ŞAR-ın təcrübəli alimləri tərəfindən teleskoplar və digər astronomik cihazlar, onların iş prinsipi və rəsədxanada aparılan əsas elmi-tədqiqat istiqamətləri üzrə tədris aparılıb.
Qeyd edək ki, istehsalat təcrübəsinin sonunda tələbələrin əldə etdikləri təcrübi biliklər qiymətləndirilərək, təcübələrin nəticələri haqqında hesabatlar tərtib edilib.
Təcrübələrini uğurla başa vuran tələbələr onlara yaradılan şərait üçün rəsədxana rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.