Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası şöbəsinin müdiri coğrafiya elmləri doktoru, professor Əmir Əliyev Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində ezamiyyətdə olub.
Professor işçi qrupunun tərkibində “Xəzər dənizinin dayazlaşması” məsələləri üzrə Rusiya-Azərbaycan İşçi Qrupunun iclasında iştirak edib. İclasda Xəzər dənizinin səviyyə tərəddüdləri, xüsusilə, son 25 ildə onun 230 sm dayazlaşması və bu proses nəticəsində yaranan problemlər müzakirə edilib.
2024-cü ilin dekabrında Bakıda keçirilən Rusiya Federasiyasının təbii resurslar və Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirlərinin görüşündə əldə olunmuş razılaşmaya əsasən təşkil edilən toplantıda tərəflər Xəzər dənizinin səviyyəsinin enməsi ilə bağlı birgə Proqram layihəsini, onun icra mexanizmlərini və növbəti mərhələlər üzrə fəaliyyət proqramını müzakirə ediblər.
İclasın sonunda ölkələrin səlahiyyətli nümayəndələri İşçi Qrupunun Protokolunu imzalayıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.