Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.04.2022 14:28
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Şuşa şəhərinin və Daşaltı kəndinin içməli su təchizatı sisteminin yaradılması ilə bağlı işçi qrupun iclasında iştirak edib

AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Şuşa şəhərinin və Daşaltı kəndinin içməli su təchizatı sisteminin yaradılması ilə bağlı işçi qrupun iclasında iştirak edib

Azərsu ASC-nin tərkibində “Şuşa şəhərinin və Şuşa rayonunun Daşaltı kəndinin dayanıqlı içməli su təchizatı sisteminin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırmanın və ilkin layihə sənədlərinin hazırlanması” məqsədilə yaradılmış Dövlət komissiyasının Şuşa şəhərində növbəti müzakirəsi keçirilib.

Tədbirdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev də iştirak edib.

İclasda Şuşa şəhərinin içməli su təchizatının bərpası məqsədilə görülmüş təxirəsalınmaz işlər və perspektiv layihələr barədə məlumat verilib, iqlim dəyişikliklərinin su ehtiyatlarına təsiri ilə bağlı təqdimatlar edilib. Qeyd edilib ki, Şuşa şəhəri işğaldan azad olunduqdan sonra şəhəri su ilə təmin edən Kiçik Kirs və Zarıslı mənbələrinin fəaliyyəti qısa müddət ərzində bərpa edilib, magistral kəmərlərdə və su anbarlarında təmir-bərpa işləri həyata keçirilməkdədir.

Şuşa şəhərinin içməli və tullantı su sistemlərinin yenidən qurulması ilə bağlı perspektiv layihələr, bu sahədə innovativ texnologiyaların tətbiqi və ətraf mühitə təsirin qiymətləndirilməsi məsələləri də müzakirə edilib. Şuşa şəhərində baş tutan iclasda “Azərsu” ASC-nin və işçi qrupuna daxil olan digər dövlət təşkilatlarının əməkdaşları və mütəxəssislər iştirak ediblər.

Tədbirin yekununda İşçi qrupunun üzvləri yaradılacaq yeni su anbarının tikiləcəyi yerə baxış keçirib, ərazinin coğrafı mövqeyi və relyefi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: