Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

25.04.2022 12:18
  • A-
  • A
  • A+

“Böyük Qayıdış” gənclər təşkilatının bir qrup üzvü MEK-ə ekskursiya edib

“Böyük Qayıdış” gənclər təşkilatının bir qrup üzvü MEK-ə ekskursiya edib

“Böyük Qayıdış” gənclər təşkilatının bir qrup üzvü AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) ekskursiya edib.

Ekskursiya zamanı gənclər AMEA-nın 15 təsisçisinin büstlərindən ibarət qalereya, Nadir və qiymətli nəşrlər şöbəsi ilə yaxından tanış olub, Diplomatik fondda müxtəlif ölkələrin nümayəndələri tərəfindən MEK-ə hədiyyə edilən nəşrlərə baxıblar.

Qonaqlar Azərbaycan kitabxana sistemində ilk olan Qarabağ müharibəsi qəhrəmanları fondu ilə tanışlıq zamanı burada nümayiş etdirilən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Prezident, Ali Baş Komandan İlham Əliyevin Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş fotoşəkillərindən ibarət guşələrə baxıb, “Zəfər Memarları”, “Biz Qalib Xalqıq!”, “Qarabağ Azərbaycandır!” başlıqlı stendlərə, həmçinin sərgilənən nəşrlərə nəzər yetiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: