Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

25.04.2022 14:27
  • A-
  • A
  • A+

Professor Tərbiz Əliyev Rusiya Təbiət Elmləri Akademiyasının ordeni ilə təltif olunub

Professor Tərbiz Əliyev Rusiya Təbiət Elmləri Akademiyasının ordeni ilə təltif olunub

AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, professor Tərbiz Əliyev Rusiya Təbiət Elmləri Akademiyasının (TEA) və Avropa Elmi-Sənaye Konsorsiumunun təsis etdikləri “Xidmətinə görə” ordeni ilə təltif olunub. Alim bu mükafata dünya elminin inkişafına verdiyi töhfələrə görə layiq görülüb. 

Qeyd edək ki, prof. T.Əliyev 2017-ci ildə Rusiya TEA-nın həqiqi üzvü seçilib. Bu barədə qərar bir çox xarici ölkələrdən də alimlərin qatıldığı, 300-dək nümayəndənin iştirakı ilə Moskvada keçirilən Rusiya TEA-nın illik yığıncağında qəbul olunub. Sonrakı illərdə Avropa Elmi-Sənaye Konsorsiumu ilə birlikdə Rusiya TEA-nın təsisçiliyi ilə prof. T.Əliyev dünya elminin inkişafına verdiyi töhfələrə görə “Əməkdar elm və təhsil xadimi” və “Əməkdar elm və texnika xadimi” fəxri adlarına, V.İ.Vernadski adına “Qızıl medal”a və “Əmək və bilik” ordeninə layiq görülüb. O, iqtisadçı-alim kimi həm də Avropa Elmi-Sənaye Konsorsiumu tərəfindən “Adam Smit” qızıl medalı almış ilk azərbaycanlıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: