Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

25.04.2022 15:56
  • A-
  • A
  • A+

Mikrobioloq alim Saatlı, Sabirabad və İmişli rayonlarında tədqiqat aparıb

Mikrobioloq alim Saatlı, Sabirabad və İmişli rayonlarında tədqiqat aparıb

AMEA-nın Mikrobiologiya İnstitutunun Su mikrobiologiyası laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Anar Hüseynov Araz çayının axın boyunca yerləşən Saatlı, Sabirabad, İmişli rayonlarında 7 gün müddətində ezamiyyətdə olub.

Araz transsərhəd çayının çirklənmə səviyyəsini mikrobioloji aspektdə vəziyyətinin qiymətləndirilməsi məqsədilə yerində müşahidələr aparıb və laboratoriya analizləri üçün nümunələr götürüb.

Nümunə götürülən suyun və quruntun fiziki, kimyəvi xüsusiyətləri öyrənilib və destruksiya göstəricisi, temperaturu və pH yerindəcə təyin edilib.

Götürülən su nümunələrinin geniş tədqiqi, bakteriya və göbələklərin müəyyən edilməsi məqsədilə Mikrobiologiya İnstitutunun Su mikrobiologiyası  laboratoriyasında artıq tədqiqatlara başlanılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: