Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.05.2022 11:25
  • A-
  • A
  • A+

Professor Abbas Seyidov Buğurt qalasında aparılan arxeoloji tədqiqat işləri ilə tanış olub

Professor Abbas Seyidov Buğurt qalasında aparılan arxeoloji tədqiqat işləri ilə tanış olub

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Abbas Seyidov Şamaxı rayonunda yerləşən, Şirvanşahların son iqamətgahı olan Buğurt qalasında aparılan arxeoloji tədqiqat işləri ilə tanış olub.

Aparılan tədqiqatları yoxlamaq məqsədi ilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şamaxı rayonu üzrə baş mütəxəssisi Yasin Nuriyev də iştirak edib.

Ekspedisiyanın rəhbəri, t.ü.f.d. Akif Quliyev qalada aparılan qazıntı işləri, çətinliklər, perspektivlər və gözlənilən nəticələr haqqında məlumat verib. Qalanın strateji cəhətdən yerləşdiyi ərazinin relyefi burada Şirvanşahların mühasirə vəziyyətində uzun müddət  müqavimət göstərməsinə şərait yaradıb.

Sonda baş direktor ekspedisiyanın üzvlərinə müvafiq tapşırıqlar verib və arxeoloji tədqiqat işlərində uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: