Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

04.05.2022 14:45
  • A-
  • A
  • A+

Dilçilik İnstitutu Qazaxıstan Mərkəzi Asiya İnnovasiyalar Universiteti ilə birgə tədqiqatlar aparacaq

Dilçilik İnstitutu Qazaxıstan Mərkəzi Asiya İnnovasiyalar Universiteti ilə birgə tədqiqatlar aparacaq

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Qazaxıstan Mərkəzi Asiya İnnovasiyalar Universiteti Humanitar fakültəsinin Filologiya kafedrasının nümayəndəsi ilə görüş keçirilib.

Görüşdə hər iki elmi müəssisə arasında müqavilə imzalanıb. Sənəddə birgə tədqiqatların aparılması, nəşr işləri, qarşılıqlı tədbirlərin təşkili və s. məsələlər əksini tapıb.

Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli dilçilik elminin inkişafı istiqamətində görülən işlər, əldə olunan nailiyyətlər barədə məlumat verib. O, Azərbaycan-Qazaxıstan elmi əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Qazaxıstan Mərkəzi Asiya İnnovasiyalar Universiteti Filologiya kafedrasının baş müəllimi pedaqogika üzrə fəlsəfə doktoru, professor Arzu Qurbanova isə birgə layihələrin icrası, kadr hazırlığı məsələlərini diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: