Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.05.2022 09:21
  • A-
  • A
  • A+

AMEA-nın nümayəndələri İstanbulda keçirilən beynəlxalq tədbirdə iştirak edirlər

AMEA-nın nümayəndələri İstanbulda keçirilən beynəlxalq tədbirdə iştirak edirlər

Mayın 9-da Türkiyənin İstanbul şəhərində “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” (Seismic Network Expasion in the Caucasus and Central Asia) layihəsində iştirak edən tərəfdaş ölkələrin nümayəndə heyətlərinin iştirakı ilə iclas öz işinə başlayıb.

Mayın 11-dək davam edəcək iclasda tərəfdaş ölkələrin layihə çərçivəsində bu vaxta qədər gördükləri işlər və əldə olunmuş nəticələr müzakirə olunur.

İclasda Azərbaycanı AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, həmin mərkəzin Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, Zəlzələlərin tədqiqatı bürosunun rəis müavini, sistem adminstratoru Ruqiyyə Kərimova və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov təmsil edirlər.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində, həmçinin 12-13 may tarixlərində “Qafqaz və Mərkəzi Asiyada seysmik təhlükənin ehtimal qiymətləndirilməsi” mövzusunda keçiriləcək iclasda da iştirak edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: