Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.05.2022 11:52
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunun əməkdaşları 5-ci Türk Dili və Ədəbiyyatı Qurultayında iştirak ediblər

Dilçilik İnstitutunun əməkdaşları 5-ci Türk Dili və Ədəbiyyatı Qurultayında iştirak ediblər

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva, Müasir Azərbaycan dili şöbəsinin müdiri, f.e.d., professor İsmayıl Kazımov və Azərbaycan dialektologiyası şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d., dosent Kübra Quliyeva Elginkan Vəqfinin Türkiyənin İstanbul şəhərində təşkil etdiyi 5-ci Türk Dili və Ədəbiyyatı Qurultayında iştirak ediblər.

Azərbaycandan, həmçinin Bakı Dövlət Universitetinin əməkdaşları f.ü.f.d., dosent Qızılgül Abdullayeva və t.ü.f.d., dosent Elvira Lətifova qurultayda iştirak ediblər. Tədbirdə 9 ölkədən 43 dilçi-alim iştirak edib. 2013- cu ildən bu yana iki ildə bir keçirilən Elginkan Vəqfi Türk Dili və Ədəbiyyatı Qurultayında, keçmişdən bu günə yazılmayan türkcə - türkcənin diaxronik və sinxron dəyişiklikləri əsas mövzu ətrafında türkcənin dialektləri, sosial dəyişikliklər nöqteyi-nəzərindən türkcə, türk arqosu, türk işarə dili, jarqon və gizli dillər kimi mövzular ətraflı müzakirə edilib.

Qurultayda dosent Aynel Məşədiyeva “Türkiyə türkcəsinin ağızlarında zərf-fel şəkilçilərinin görünüşü və işlənmə xüsusiyyətləri haqqında”, professor İsmayıl Kazımov “Azərbaycan türkcəsində jarqon sözlər”, dosent Kübra Quliyeva “Dialektşünaslıqda və dialekt atlaslarında yeni tendensiyalar” mövzusunda məruzə ilə çıxış ediblər.

Məruzələr qurultay iştirakçılarının marağına səbəb olub. Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: