Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.06.2025 14:38
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəyli VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında iştirak edib

Akademik İsa Həbibbəyli VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında iştirak edib

İyunun 12-də VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı - ISCEMR-2025 öz işinə başlayıb.

Tədbir UNEC, Heydər Əliyev Mərkəzi və Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Konfransın builki mövzusu “Dairəvi iqtisadiyyat və dayanıqlı ekosistem”ə həsr olunub.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli iştirak edib.

Tədbirdə 24 ölkədən 57 xarici tədqiqatçı iştirak edir. Konfransa təqdim olunan məqalələr arasından 224-ü seçilərək nəşr üçün qəbul olunub və həmin məqalələr əsasında “Dairəvi iqtisadiyyat” adlı kitab hazırlanaraq təqdim edilib.

AzərTac

  • Paylaş: