Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Motor yağları və onlara aşqarlar” adlı monoqrafiya çapdan çıxıb
16.05.2022 14:32
  • A-
  • A
  • A+

“Motor yağları və onlara aşqarlar” adlı monoqrafiya çapdan çıxıb

AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) Motor yağlarına çoxfunksiyalı aşqarlar laboratoriyasının müdiri, texnika elmləri doktoru, dosent Elmira Nağıyevanın müəllifi olduğu “Motor yağları və onlara aşqarlar” adlı monoqrafiyası çap olunub.

Belə bir kitabın yazılması aşqarlar barəsində Azərbaycan dilində məlumatın olduqca məhdudluğu, respublikamızın müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbə, magistr, doktorant və dissertantların bu sahədə dolğun məlumat əldə etməkdə üzləşdikləri çətinliklər səbəbindən irəli gəlib.

Vəsait ilk olaraq aşqarlar kimyası elminin yaranması, inkişafı və tətbiq olunan istiqamətləri haqqında müəyyən dünya ədəbiyyatı məlumatlarını özündə əks etdirir.

Monoqrafiyada əsas diqqət motor yağlarına və onlar üçün aşqarlar haqqında məlumatlara geniş yer verilmişdir. Eyni zamanda Aşqarlar kimyasının sərbəst elm kimi formalaşması və onun inkişafı ilə motor istehsalının qarşılıqlı əlaqəsi göstərilib.

Kitabda yağlar üçün oksidləşmə, korroziya, yeyilməyə qarşı, yuyucu-dispersedici, depressor, özlülük, çoxfunksiyalı aşqarlar və sürtkü kompozisiyalardan bəhs edir. Əsas tip aşqarların təcrübi və praktik inkişafı əvvəldən son illərə qədər verilib.

Dünya şöhrətli alim akademik Əli Quliyevin anadan olmasının 110 illiyinə həsr olunan nəfis tərtibatda hazırlanan kitabdan üzvi kimya sahəsində çalışan elmi işçilər, ali məktəb müəllimləri, doktorantlar, magistrantlar və digər kimyaçı mütəxəssislər faydalana bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: