AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri fil.e.d., dosent Nailə Səmədovanın geniş ön söz yazaraq tərtib etdiyi “Şəxsi arxivlərdə memuar nümunələri” ikicildliyi işıq üzü görüb.
Alimin transfoneliterasiya edib nəşrə hazırladığı I cilddə XIX-XX əsrlərdə yaşayıb-yaratmış ədəbiyyat və mədəniyyət xadimlərimizin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundakı şəxsi arxivlərində saxlanılan memuar nümunələri: tərcümeyi-hallar və xatirələr, rus dilindən tərcümə edərək nəşrə hazırladığı II cilddə isə xadimlərimizin rus dilində qələmə alınmış memuar nümunələri: avtobioqrafiyaların və xatirələrin Azərbaycan dilinə tərcüməsi və orijinalı verilmişdir. Kitab filoloqlar, ədəbiyyat tarixi ilə maraqlananlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Qeyd edək ki, yeni nəşrlərin elmi redaktoru akademik Teymur Kərimli, rəyçiləri fil.e.d., professor Kamandar Şərifov və fil.e.d., professor Raqub Kərimov, redaktoru Aygün Səmədovadır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.