Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.05.2022 09:44
  • A-
  • A
  • A+

Tarix İnstitutunda “Cümhuriyyət-104: yeni tədqiqatlar” adlı dəyirmi masa keçirilib

Tarix İnstitutunda “Cümhuriyyət-104: yeni tədqiqatlar” adlı dəyirmi masa keçirilib

AMEA-nın Tarix İnstitutunda “Cümhuriyyət-104: yeni tədqiqatlar” adlı dəyirmi masa keçirilib.

Tədbirdə Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov bildirib ki, XX əsrin əvvəlləri Azərbaycanın tarixində bir-birini sürətlə əvəz edən və Azərbaycan xalqının taleyində həlledici sayılan hadisələrlə zəngin olub. Bu hadisələrin ən yüksək zirvəsi sözsüz ki, 1918-ci il mayın 28-də Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsidir. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılıb.Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirib.

Sonra tarix elmləri doktoru,dosent Vaqif Abışov “Cumhuriyyətə aparan yol-Zaqafqaziya Seymi”, tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarov “Azərbaycan Cümhuriyyətinin tarixi coğrafiyası”, tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarov “Azərbaycanın dövlətçilik və beynəlxalq əlaqələr tarixi məsələləri milli-demokratik və mühacir ziyalıların irsində” mövzularında məruzələrlə çıxış ediblər.

Məruzələr ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: