AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı, t.ü.f.d. Yaqub Məmmədov “Qafqaz zaman çərçivəsində şəbəkəsi”nin (“Caucasus Through Time Network”) təşkilatçılığı ilə keçirilən “Qafqaz paleolit arxeologiyasında yeni istiqamətlər” adlı seminarda iştirak edib.
Y.Məmmədov seminarda “Azərbaycanda Paleolit dövrü tarixi: nailiyyətlər və perspektivlər” mövzusunda çıxış edərək Azərbaycan paleolit elminin 70 illik inkişaf xəttinə nəzər salıb, qarşıda duran vəzifələrdən danışıb.
Qeyd edək ki, “Qafqaz zaman çərçivəsində şəbəkəsi” İngiltərədə yaradılıb və bu şəbəkənin yaradıcılarından biri İngiltərədə doktorantura təhsili alan Nərmin İsmayılovadır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.