Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

13.06.2022 11:45
  • A-
  • A
  • A+

Tarix Muzeyində Şuşaya məxsus olan etnoqrafik mücrü qorunur

Tarix Muzeyində Şuşaya məxsus olan etnoqrafik mücrü qorunur

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda bir sıra mücrü nümunələri qorunub saxlanılır. Mücrülər məişətdə ətriyyat, kosmetika, kiçik aksesuarların saxlanması üçün istifadə edilirdi. Adətən ağac, metal materialdan hazırlanır, müxtəlif metodlarla bəzədilirdi. Məişət əşyalarının ən kiçik nümunələri belə xüsusi zövq, böyük əmək hesabına hazırlandığı kimi, bu əşyaların saxlanması üçün istifadə edilən mücrülər də yüksək peşəkarlıq və zəngin bədii tərtibata malik olurdu.

Azərbaycanın mədəniyyət beşiyi Şuşaya məxsus olan bu mücrü diqqəti cəlb edən nümunələrdəndir. XIX əsrə aid unikal nümunə qırmızı mahud parça ilə örtülüb. Burada muncuq tikmə ilə bərabər, güləbətin tikmədən də istifadə edilib və əsrarəngiz kompozisiya yaradılıb.

Dekorativ-tətbiqi incəsənətin demək olar ki, bütün növlərində ən qədim və çox sevilən naxış motivlərindən biri də qoşa quş təsviridir. Belə ki, burada quşlar qoşa (üz-üzə) duran sevgililər və yaxud əks istiqamətdə (yar-yardan küsdü) təsvir edilir. Bu motivlər xalq sənətkarlığında sevgililərin birləşməsi və hicran rəmzi kimi göstərilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: