AMEA Rəyasət Heyətində Aqrar Elmlər Bölməsinin (AEB) növbəti iclası keçirilib.
Bölmənin büro üzvlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan AEB-in akademik-katibi, akademik Qərib Məmmədov gündəlikdəki məsələlər barədə məlumat verib.
İclasda AMEA-nın Eroziya və Suvarma İnstitutunun direktorunun tutduğu vəzifədən azad edilməsi ilə əlaqədar təhvil-təslim komissiyasının yaradılması məsələsi müzakirə edilib. AMEA-nın müxbir üzvləri Mahmud Abdullayev, Pənah Muradov, aqrar elmlər üzrə fəlsəfə doktoru Seymur Səfərli, AMEA-nın İşlər İdarəsinin müdirinin müavini Sərdar Əliyev, aqrar elmlər üzrə fəlsəfə doktorları Zakir Əliyev, Mirvari Məmmədova, İzzət Talıbov, institutun baş mühasibi Roza Nağıyeva, AMEA Maliyyə-iqtisad və mühasibat uçotu şöbəsinin əməkdaşı Fəridə Akmanova sözügedən komissiyanın üzvləri seçiliblər.
Tədbirdə, həmçinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun strukturunun təsdiq olunması, AMEA-nın 70 illik yubiley tədbirlərinə hazırlıq, bölmənin tərkibinə daxil olan institutların mövzu planlarının təsdiqi və s. məsələlərə də baxılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir