Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.06.2022 12:51
  • A-
  • A
  • A+

AzTV Azərbaycan dilinin Çində tədrisi ilə bağlı reportaj hazırlayıb

AzTV Azərbaycan dilinin Çində tədrisi ilə bağlı reportaj hazırlayıb

Azərbaycan Televiziyası Pekin Xarici Dillər Universitetinin (PXDU) “Azərbaycan dili” ixtisası üzrə ilk məzunlarını buraxması münasibətilə reportaj hazırlayıb.

Süjetdə PXDU-nun Azərbaycan dili kafedrasının müdiri, Azərbaycan elmi diasporunun nümayəndəsi, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev Çində azərbaycanşünas kadrların hazırlanmasının ölkəmiz üçün əhəmiyyətindən danışıb.

Qeyd edək ki, AMEA Çin Sosial Elmlər Akademiyası, eləcə də Pekin Xarici Dillər Universiteti ilə sıx elmi əlaqələrə malikdir. 2018-ci ildə PXDU ilə AMEA-nın Ədəbiyyat İnstitutu arasında kadr və təcrübə mübadiləsinin aparılması, tədqiqat əməkdaşlığı, birgə seminar və konfransların təşkilini nəzərdə tutan anlaşma memorandumu imzalanıb. Həmçinin AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ötən il Çinin aparıcı elm və təhsil ocaqlarının gənc tədqiqatçılarına mühazirə oxuyub. 

Bundan əlavə, Pekin Xarici Dillər Universitetində təhsil alan azərbaycanlı tələbələr üçün “Çin mədəniyyəti Azərbaycan dilində” adlı dərslik hazırlanıb. Dərsliyin müəllifi filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev, redaktoru isə AMEA-nın Rəyasət Heyəti aparatının şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur.

Azərbaycan elmini Çində uğurla təmsil edən Aqşin Əliyev 27 mart - “Elm günü” münasibətilə AMEA-nın Fəxri fərmanı (2022-ci il) ilə təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: