Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.06.2022 15:58
  • A-
  • A
  • A+

Fizika İnstitutunda Milli Qurtuluş Günü qeyd olunub

Fizika İnstitutunda Milli Qurtuluş Günü qeyd olunub

AMEA-nın Fizika İnstitutunda 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti v.i.e., institutun baş direktoru, akademik Arif Həşimov açaraq bildirib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyevdir. Heydər Əliyevin adı tariximizə həm də böyük xilaskar kimi düşüb. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır.

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı: “Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi. Bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı.

İclasda, həmçinin fizika-riyaziyyat elmləri doktoru, professor Hüseyin İbrahimov, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Nəsibov və Elmi-texniki ədəbiyyat fondunun rəhbəri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Həsən Əsgərov öz fikirlərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: