Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Tarix Muzeyində Qubada tapılmış mis sikkə dəfinəsi qorunur
22.06.2022 10:00
  • A-
  • A
  • A+

Tarix Muzeyində Qubada tapılmış mis sikkə dəfinəsi qorunur

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda Quba rayonunun Çiləgir kəndində tapılmış mis sikkə dəfinəsi qorunur.

Dəfinədə atabəylər - Məhəmməd Cahan Pəhləvan (1175-1186), Əbubəkr (1191–1210), Özbək (1210-1225) və Azərbaycan atabəylərinin vassalları, Dərbənd əmirləri - Müzəffər (1136-1160), Bekbars (1160-1180), Əbdəl-Məlik (1180-1225), Əhar məliki - Bişkin ibn Muhəmməd (1175 - 1210) və Şirvanşah I Gərşasb ibn Muhəmməd (1205-1225) adından zərb edilən dairəvi və digər formalarda sikkələr (dirhəm və felslər) müxtəlif çəkilidir.

Müvafiq dövrün hökmdarları, onların titulları, yerli zərbxanalar, ümumilikdə yerli pul təsərrüfatı və siyasi-iqtisadi əlaqələri açıqlayan, XII–XIII əsrlərdə Azərbaycan zərbxanalarında (Şamaxı, Beyləqan, Şəmkir və s.) istehsal edilmiş sikkələr haqqında ətraflı məlumat muzeyin nəşrlərində yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: