Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.06.2022 12:24
  • A-
  • A
  • A+

Tarix İnstitutunda Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib

Tarix İnstitutunda Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib

AMEA-nın Tarix İnstitutunda 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş “26 iyun – Qalib Azərbaycan ordusu günüdür” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov ordumuzun yaranma tarixindən, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, torpaqlarımızın düşmən tapdağından azad edilməsindən danışıb.

Sonra tarix elmləri doktoru, dosent Mehman Süleymanov və tarix elmləri doktoru, professor Mais Əmrahov Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi və inkişaf yolu barədə danışaraq qeyd ediblər ki, 26 iyun 1918-ci ildə əsası qoyulan Milli Ordumuzun  xalqımızın erməni daşnaklarından qorunmasında xüsusi rolu olub. Bildirilib ki, ölkəmizdə güclü ordu quruculuğunun əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin ideyalarını uğurla davam etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində şanlı ordumuz bu gün regionun və dünyanın ən qüdrətli ordularından birinə çevrilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: