Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.07.2022 09:41
  • A-
  • A
  • A+

Elm Tarixi İnstitutunun əməkdaşları Qazaxıstanda keçirilən beynəlxalq konfransda iştirak ediblər

Elm Tarixi İnstitutunun əməkdaşları Qazaxıstanda keçirilən beynəlxalq konfransda iştirak ediblər

AMEA-nın Elm Tarixi İnstitutunun (ETİ) Təbiət və dəqiq elmlər şöbəsinin əməkdaşları Qazaxıstanın R.B.Süleymanov adına Şərqşünaslıq İnstitutunun “Dəyişən dünyada Qazaxıstan və Şərq ölkələri: təhlükəsizlik və əməkdaşlıq problemləri” mövzusunda keçirdiyi beynəlxalq elmi-praktik konfransda iştirak ediblər.

Konfransda ETİ-nin Təbiət və dəqiq elmlər şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent  Vüsalə Həsənova “Göllərin ekoloji vəziyyəti və onlara antropogen amillərin təsiri”, həmin şöbənin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Nazilə Soltanova isə “Dünya elminin inkişafında İslamın rolu” mövzusunda məruzələrini təqdim ediblər.

Müxtəlif dövlətlərdən, əsasən Şərq ölkələrindən iştirakçıların qatıldığı konfrans dil, ədəbiyyat, tarix, siyasət, təhsil, iqtisadiyyat, informasiya texnologiyaları, beynəlxalq əlaqələr, regional problemlər, idarəetmə, fəlsəfə, sosiologiya, turizm kimi sahələrdə akademik mövzuların və aktual məsələlərin müzakirəsi, qarşılıqlı təcrübə və yeni elmi araşdırma istiqamətləri üzərində fikir mübadiləsi məqsədini daşıyıb.

Konfrans iştirakçılarına sonda sertifikat təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: