Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.07.2022 11:18
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclası müəssisənin baş direktoru, akademik Akif Əlizadə açaraq iştirakçıları gündəlikdə duran məslələrlə tanış edib və institutun strukturunda edilən qismən dəyişikliklər haqqında məlumat verib.

Sonra çıxış edən AMEA-nın müxbir üzvü Tələt Kəngərli Azərbaycan Respublikasının 1:200000 – 1:500000 miqyaslı geoloji təyinatlı xəritələrinin hazırlanması təşəbbüsü ilə çıxış edib.

Tədbirdə, həmçinin yer elmləri doktoru Qulam Babayevin beynəlxalq laboratoriyalarda aparılan müştərək elmi-tədqiqaq işlərinin gedişatı haqqında məlumatı dinlənilib. Alim bildirib ki, ilk müştərək işlər 2014-cü ildən AMEA və İtaliya Milli Tədqiqatlar Şurasının (CNR) elan etdiyi proqram çərçivəsində reallaşıb, daha sonra ABŞ-ın Massaçusets Texnologiya İnstitutu ilə birgə aparılıb. Bu dövr ərzində müştərək fəaliyyət xeyli səmərə verib, diqqətəlayiq elmi nəticələr əldə edilib.

Geologiya və Geofizika İnstitutunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Faydalı qazıntı yataqlarının geologiyası və işlənilməsi kafedrasının filialının yaradılması haqqında universitetin Geoloji-kəşfiyyat fakültəsinin dekanı, g.-m.e.ü.f.d. Nemət Paşayevin və kafedra filialının rəhbəri, g.-m.e.ü.f.d. Nəriman Qurbanovun məlumatları şura üzvləri tərəfindən maraqla qarşılanıb. N.Paşayev vurğulayıb ki, akademik Akif Əlizadənin daim təkidlə səsləndirdiyi elmlə təhsilin vəhdəti prinsipinə uyğun olaraq, tədrisin elmləşdirilməsi niyyətilə yaradılan kafedranın filialı bu ilin sentyabr ayından fəaliyyətə başlayacaq.

Sonda iclasda bir sıra elmi-təşkilati məsələlər müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: