Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

08.07.2022 16:46
  • A-
  • A
  • A+

Penitensiar xidmət müəssisəsində cəza çəkən məhkuma kitab hədiyyə edilib

Penitensiar xidmət müəssisəsində cəza çəkən məhkuma kitab hədiyyə edilib

Penitensiar xidmətin 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Rauf Rəhimov AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimova məktubla müraciət edib.

Müasir Azərbaycan iqtisadiyyatının inkişaf meyilləri barədə öyrənməyi özü üçün prioritet hesab etdiyini bildirən R.Rəhimov bu sahənin yüzillik dövrü barədə fundamental yanaşmanı özündə əks etdirən, bu yaxınlarda çap edilmiş akademik Ziyad Səmədzadənin “Azərbaycan iqtisadiyyatı 100 ildə” beşcildlik kitabının ona hədiyyə olunmasını xahiş edib.

Həmin məhkumun Dövlət İqtisad Universitetinə də eyni xahişlə müraciət etdiyini qeyd edən akademik Ziyad Səmədzadə artıq universitet tərəfindən ona “Azərbaycan iqtisadiyyatı 100 ildə” beşcildliyinin hədiyyə olunduğunu bildirib.

Məhkum Rauf Rəhimov akademik Arif Həşimova ünvanladığı məktubunda beşcildliyin müəllifi akademik Ziyad Səmədzadəyə minnətdarlığını ifadə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: