Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Flores Şamaxı rayonunda səfərdə olub.
Səfər çərçivəsində səfir Kələxana türbələr kompleksi və Şahxəndan türbəsini ziyarət edib. Heydər Əliyev Fondunun dəstəyi ilə aparılan arxeoloji tədqiqat işləri və türbələrin tarixi haqqında AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Kələxana arxeoloji ekspedisiyasının rəhbəri, professor Qafar Cəbiyev səfirə geniş məlumat verib.
Səfir, həmçinin Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla görüşüb, rayonun tarixi, sosial-iqtisadi inkişafı, ictimai-mədəni həyatı barədə və Meksika-Azərbaycan əlaqələrindən danışılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.