Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Fiziologiya İnstitutunun əməkdaşı Rusiya Təbiət Elmləri Akademiyasının professoru adını alıb
09.07.2022 15:00
  • A-
  • A
  • A+

Fiziologiya İnstitutunun əməkdaşı Rusiya Təbiət Elmləri Akademiyasının professoru adını alıb

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Kliniki neyrofiziologiya laboratoriyasının əməkdaşı, tibb üzrə fəlsəfə  doktoru, dosent Aysel Allahverdiyevaya Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) Rəyasət Heyətinin qərarı ilə RTЕA-nın professoru elmi adı verilib.

Aysel Allahverdiyevanın RTЕA layihələrində iştirakının, RTЕA-nın elmi jurnallarında nəşrlərinin, elmi və praktiki fəaliyyətinin ekspert qiymətləndirilməsinə əsaslanaraq ona  RTEA-nın professoru diplomunun verilməsi haqda qərar qəbul olunub və diplomun Moskvadan Bakı şəhərinə göndərilərək təqdimatı təşkil edilib.

Qeyd edək ki, RTEA müxtəlif elm sahələrindən 15 000-dən çox mütəxəssisi birləşdirən ən böyük  beynəlxalq alimlər birliyidir. Təbiət Elmləri Akademiyasının nəşriyyatında minlərlə elmi kitab, yüz minlərlə elmi məqalələr nəşr edilir. Akademiyada 20-dən çox elmi jurnal çap olunur, hər il yüzlərlə elmi forum keçirilir ki, onlardan biri də xaricdən alimləri cəlb edən beynəlxalq elmi forumdur. Təbiət Elmləri Akademiyasının nəşriyyatında çap olunan Ümumrusiya və beynəlxalq jurnallar РИНЦ bazasında indeksləşir və yüksək impakt faktorla seçilirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: