Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Əlyazmalar İnstitutunun alimi Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş konfransda məruzə edib
09.07.2022 16:30
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun alimi Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş konfransda məruzə edib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Rübabə Şirinova 5-6 iyul tarixlərində AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində keçirilən “Xan qızı Natəvan və Azərbaycan qadınının ədəbi-mədəni mübarizələri” mövzusunda beynəlxalq elmi konfransın plenar iclasında “İrəvan xanlığı və xan qızı Natəvan” mövzusunda məruzə edib. Məruzəçi konfransda fəal iştirakına görə beynəlxalq sertifikata da layiq görülüb.

Qeyd edək ki, Azərbaycan bədii fikrinin görkəmli siması, Qarabağ xanlığının sonuncu varisi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş bu konfransda ölkəmizin bir çox görkəmli tədqiqatçıları ilə yanaşı, Əlyazmalar İnstitutunun bir qism alim və mütəxəssislərinin də məruzələri dinlənilib. Alimlərimiz Natəvanın poeziyası, xüsusilə onun mərsiyə janrındakı şeirləri, əlyazma irsi, “Gül dəftəri”, Quranı, şairə ilə bağlı şəxsi arxiv fondlarında mühafizə olunan materiallar və s. barədə ətraflı məlumat veriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: