Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Fiziologiya İnstitutunun əməkdaşları RTEA və Avropa Elmi-Sənaye konsorsiumun “За заслуги” ordeni ilə təltif olunublar
10.07.2022 14:23
  • A-
  • A
  • A+

Fiziologiya İnstitutunun əməkdaşları RTEA və Avropa Elmi-Sənaye konsorsiumun “За заслуги” ordeni ilə təltif olunublar

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Kliniki neyrofiziologiya laboratoriyasının müdiri, tibb elmləri doktoru, professor Əli Allahverdiyev və həmin laboratoriyanın əməkdaşı, tibb elmləri üzrə fəlsəfə doktoru Aysel Allahverdiyeva Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) Rəyasət Heyətinin və Attestasiya Komissiyasının qərarı ilə “За Заслуги” ordeni ilə təltif ediliblər.

Qeyd edək ki, “За Заслуги” ordeni RTEA və Avropa Elmi və Sənaye Konsorsiumu tərəfindən təsis edilib. Bu orden dünya elminin inkişafına mühüm töhfələrinə görə elm xadimlərinə verilir. Professor Əli Allahverdiyev Rusiya Təbiət Elmləri Akademiyasının və Qütb Təbabəti və Ekstremal İnsan Ekologiyası Akademiyasının həqiqi üzvüdür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: