AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, tarix elmləri doktoru Abbas Seyidov İmişli rayonunun Qızılkənd kəndi yaxınlığında yerləşən orta əsr Qızıl təpə yaşayış yerində olub.
Arxeoloji ekspedisiyanın rəhbəri, t.ü.f.d., dosent Mikayıl Mustafayev Xl-Xlll əsrlərə aid qədim yaşayış yerində bu il aparılan arxeoloji qazıntılar haqqında baş direktora məlumat verib.
O bildirib ki, müasir yaşayış yerlərindən bir neçə km aralıda, düzənlikdə yerləşən abidədə bu il 80 kv.m. sahədə arxeoloji qazıntı işləri aparılıb və zəngin maddi mədəniyyət qalıqları üzə çıxarılıb.
Baş direktor ekspedisiyanın üzvlərinə işlərində uğurlar arzulayıb və müvafiq tapşırıqlar verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.