“Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” beynəlxalq konfransı çərçivəsində ölkəmizdə səfərdə olan Pakistanın Lahor Dövlət Kollec Universitetinin bir qrup alimi iyulun 16-da AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər.
Ölkəmizə və Akademiyaya ilk dəfə səfər edən Lahor Dövlət Kollec Universitetinin nümayəndə heyəti Nizami muzeyinin milli ədəbiyyatı yaşadan ekspozisiyası ilə tanış olub, Azərbaycan ədəbiyyatı ilə bağlı məlumat alıblar. Buradakı qonaqpərvərlikdən məmnun qalan qonaqlar rəngarəng eksponatlarla zəngin muzey zallarını böyük heyranlıqla seyr edib, ədəbiyyata dair suallar verərək yazıçı və şairlərimizin bədii irsi ilə yaxından maraqlanıblar.
Sonda Lahor Dövlət Universitetin Urdu dili kafedrasının müdiri, professor Saima İram muzeyin “Rəy kitabı”nda öz ürək sözlərini yazıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.