Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20.07.2022 10:15
  • A-
  • A
  • A+

Mərkəzi Nəbatat Bağının alimi yeni nanə növləri introduksiya edib

Mərkəzi Nəbatat Bağının alimi yeni nanə növləri introduksiya edib

Mərkəzi Nəbatat Bağının Qida və dərman bitkiləri laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d. Aynur Ərəbzadə nanə (Mentha L.) cinsinin bəzi növlərini Nəbatat Bağına introduksiya edib.

İntroduksiya olunmuş növlər Qida və dərman bitkiləri sahəsində becərilir. Mentha L. – Yarpız cinsi Labiatae və ya Lamiaceae – Dodaqçiçəklilər və ya dalamazkimilər fəsiləsinə daxildir. Daha çox nəmli yerləri sevir. Dünyada 22, Qafqazda 8, Azərbaycanda 5 (Mentha aquatica, Mentha longifolia, Mentha rotundifolia, Mentha pulegium) növü yayılıb. Bunlardan 1-i (Mentha piperita) mədəni halda becərilir.

Yeni növlər (Mentha arvensis, Mentha spicata, Mentha suaveolens) Fransadan delektus yolu ilə introduksiya olunub. Nanə cinsinə daxil olan növlər efir yağlı bitkilərdir. Yarpaqlarında mentol çoxdur.Tibbdə müxtəlif xəstəliklərin profilaktika və müalicəsində geniş istifadə olunur. İştahı açır, sinir sistemi və mədə-bağırsaq xəstəliklərində çox faydalıdır. Stresi, baş ağrılarını və spazmı azaldır. Parfümeriyada geniş tətbiq edilir.

Yeni introduksiya olunmuş növlərin çoxaldılma, böyümə və inkişaf xüsusiyyətləri öyrənilib.

Hazırda növlər üzərində tədqiqat işləri davam etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: