Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.07.2022 15:30
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasının Elmi şurasının növbəti iclası keçirilib

Şamaxı Astrofizika Rəsədxanasının Elmi şurasının növbəti iclası keçirilib

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Elmi şurasının növbəti iclası keçirilib.

2022-ci ilin birinci yarısındakı elmi və elmi-təşkilati fəaliyyət haqqında hesabat xarakteri daşıyan iclası rəsədxananın baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq gündəlikdə duran məsələlər barədə şura üzvlərinə məlumat verib.

Sonra rəsədxananın elmi şöbələrinin müdirləri və müvafiq elmi işlər üzrə rəhbərlərinin çıxışları dinlənilib. Çıxışlarda cari ilin ilk 6 ayı ərzində görülmüş işlərin yekunlarına dair hesabatlar təqdim edilib, əldə olunmuş nəticələr, dərc edilmiş elmi əsərlər, innovasiya fəaliyyəti, qrant layihələri və kadr hazırlığı haqqında geniş məlumat verilib.

Çıxışlar ətrafında geniş müzakirələr aparılıb, kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, ilin ikinci yarısında elmi və elmi-təşkilati fəaliyyətin daha səmərəli təşkili ilə əlaqədar təkliflər irəli sürülüb.

Daha sonra ŞAR-ın xarici elmi ezamiyyətdən qayıdan əməkdaşlarının hesabat çıxışları dinlənilib və qəbul edilib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: