Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.07.2022 10:26
  • A-
  • A
  • A+

“Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” layihəsi ilə bağlı iclas keçirilib

“Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” layihəsi ilə bağlı iclas keçirilib

“Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” (Seismic Network Expasion in the Caucasus and Central Asia) layihəsində iştirak edən tərəfdaş ölkələrin nümayəndələrinin iştirakı ilə növbəti onlayn iclas keçirilib.

Tədbirdə layihə çərçivəsində görülən işlərə dair hesabatlar təqdim olunub.

AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov öz çıxışında bildirib ki, layihə çərçivəsində Azərbaycana gətirilmiş 22 yeni seysmik stansiyadan 21-i artıq tam quraşdırılıb. Quraşdırılma işlərindən sonra stansiyalardan siqnalların qəbulu prosesinin başlandığını qeyd edən şöbə müdiri 12 yeni seysmik stansiyadan məlumatların RSXM-nin Monitoriq Mərkəzinə ötürüldüyünü bildirib. Onun sözlərinə görə, hazırda digər stansiyaların da məlumatlarının ötürülməsinin təmin olunması üzərində işlər davam etdirilir.

Qeyd edək ki, iclasda yeni stansiyalardan alınmış məlumatların emalı və digər məsələlərə dair də müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: