Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

23.07.2022 15:30
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə görüş keçirilib

Radiasiya Problemləri İnstitutunda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə görüş keçirilib

AMEA-nın Radiasiya Problemləri İnstitutunda AR Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə qoşunlarının Radiasiya və kimya laboratoriyasının nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev, Enerjitutumlu radiasiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru Hökmən Mahmudov, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov, FHN-nin Mülki Müdafiə qoşunlarının Radiasiya və kimya laboratoriyasının rəisi, polkovnik Zakir Abdullayev, Bakteroloji bölmənin rəisi, baş leytenant Aygün Abbasova və Radiometriya bölməsinin rəisi, baş leytenant Tural Abbasov iştirak ediblər.

İnstitutun baş direktoru İslam Mustafayev qonaqları salamlayaraq müəssisədə aparılan elmi-tədqiqat işləri, yerli və beynəlxalq layihələr haqqında geniş məlumat verib.

Görüşdə səmərəli əməkdaşlığın inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb. Qarşılıqlı faydalı və uzunmüddətli tərəfdaşlıq münasibətlərini daha da yüksək səviyyədə inkişaf etdirmək məqsədilə əməkdaşlıq memorandumunun imzalanmasının vacibliyi vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: