Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

01.08.2022 18:04
  • A-
  • A
  • A+

Qazaxıstanın Pavlodar Dövlət Pedoqoji Universitetinin əməkdaşı Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda olub

Qazaxıstanın Pavlodar Dövlət Pedoqoji Universitetinin əməkdaşı Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda olub

Avqustun 1-də Qazaxıstanın Pavlodar Dövlət Pedoqoji Universitetinin elmi işçisi, “Umay” beynəlxalq elmi-tədqiqat laboratoriyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Tatyana Krupa AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun qonağı olub.

İnstitutun baş direktoru, t.e.d., professor Abbas Seyidov, elmi katib, tarix üzrə fəlsəfə doktoru, dosent Akif Quliyev və şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səfər Aşurovun da iştirak etdiyi görüşdə Azərbaycan-Qazaxıstan birgə elmi əməkdaşlığına dair müzakirələr aparılıb.

Görüş zamanı arxeoloji qazıntılar zamanı aşkarlanan tekstil nümunələrinin bərpası, laborator analizlərinin aparılması, bu sahənin daha da təkmilləşdirilməsi üçün kursların təşkil edilməsi istiqamətində işgüzar danışıqlar aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: