Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.08.2022 14:58
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunda çaytikanı və ənginar bitkiləri tədqiq olunub

Dendrologiya İnstitutunda çaytikanı və ənginar bitkiləri tədqiq olunub

Dendrologiya İnstitutunun tədqiqat sahələrində becərilən çaytikanı və ənginar bitkilərinin bioekoloji xüsusiyyətləri, böyümə və inkişaf dinamikası, məhsuldarlığına ekoloji amillərin təsiri, tərkibindəki bioloji aktiv maddələrin öyrənilməsi məqsədilə elmi-tədqiqat işləri aparılıb.

İnstitutun bitki kolleksiyasında meyvələri vitaminlərlə zəngin olan çaytikanı və ənginar özünəməxsus yer tutur. Çaytikanı həm xalq təbabətində, həm də elmi təbabətdə geniş istifadə olunur. Müxtəlif xəstəliklərin müalicəsində onun çiçəkləri, meyvələri, yarpaqları, cavan zoğları, oduncağı, kökü faydalıdır.

Azərbaycanda 2 növü əkilib-becərilən ənginarın tərkibi isə sinarin qlükozidi, piyli və qatranlı maddələr, üzvü turşular, askorbin turşusu, azotlu maddələr, bitki yağları (doymuş və doymamış), mineral duzlar, vitaminlər və antioksidant maddələrlə zəngindir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: