AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, t.ü.f.d. Gülər Qafqazlı və institutun Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi, fəl.ü.f.d. Leyla Məlikova 1-6 avqust tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən V İslam Forumunda iştirak edirlər.
Gülər Qafqazlı forumda “Sovet dövründə Azərbaycan müsəlman qadını”, Leyla Məlikova isə “XIX əsrin ortalarından XX əsrin əvvəllərinədək Şimali Qafqazda İslamın identikliyinin transformasiyasında Nahdanın rolu” mövzusunda məruzələrlə çıxış ediblər. Şərqşünas alimlərin məruzələri forumda maraqla qarşılanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.