Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

11.08.2022 17:20
  • A-
  • A
  • A+

Yaponiyalı arxeoloqla görüş keçirilib

Yaponiyalı arxeoloqla görüş keçirilib

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov, t.ü.f.d. Yaqub Məmmədov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, Mədəni İrsin Qorunması şöbəsinin müdiri Ruslan Ənvərli, Qoruqların idarə olunmasına və istifadəsinə nəzarət sektorunun müdiri Malik Qəhrəmanov Tokio Universitetinin Daş dövrü üzrə mütəxəssisi, professor Yoshihiro Nishiaki ilə görüşüblər.

Görüş zamanı tərəflər 2015-ci ildə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Tokio Universiteti arasında imzalanan memoranduma əsasən Azərbaycan - Yaponiya birgə beynəlxalq arxeoloji ekspedisiyanın Qazax rayonu ərazisində yerləşən Damcılı mağarasında apardığı əsaslı tədqiqatlardan söhbət açıblar. Yaponiyalı mütəxəssis bildirib ki, Azərbaycan ərazisi tarixin bütün dövrlərinə aid maddi-mədəniyyət abidələri ilə çox zəngindir. Aparılan tədqiqatlar Azərbaycan tarixinin yeni səhifələrini açmağa imkan verəcəkdir.

Yaponiya tərəfdən arxeoloji qazıntılarda Prof. Wakano, Dr. Hiroto Nakata, Dr. Takehiro Miki, Dr. Saiji Arai, Fumika Ikeyama, Şizuka Miyai, Kantaro Tanabe də iştirak edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: