Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.08.2022 16:24
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunun baş direktoru elmi-praktik seminarda məruzə ilə çıxış edib

Radiasiya Problemləri İnstitutunun baş direktoru elmi-praktik seminarda məruzə ilə çıxış edib

Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun Abşeron Təcrübə Stansiyasının təşkil etdiyi seminarda məruzə ilə çıxış edib.

“Bitki mühafizəsində bioloji mühafizə üsullarının tətbiqinin perspektivləri” adlı seminarda çıxış edən İ.Mustafayev “Ətraf mühitin ekstremal təsirlərinə davamlı bitki növlərinin yetişdirilməsində Radiasiya texnologiyalarının tətbiqi” mövzusunda məruzə ilə çıxış edib. Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov, sözügedən institutun direktoru Elçin Xəlilov, Abşeron Təcrübə Stansiyasının direktoru Cəbrayıl Ağayev, Azərbaycan Standartlaşdırma İnstitutunun şöbə müdiri Bayram Əliyev və digər qonaqlar müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.

Tədbirin sonunda təşkilatçı institutun laboratoriyalarının, istehsal edilmiş dispenserlərin, kitablar və müxtəlif təşviqat materiallarının, eləcə də təcrübə sahəsində tətbiq edilən vasitələrin təqdimatı keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: