Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.08.2022 17:42
  • A-
  • A
  • A+

Buzeyir mağarasının turizm imkanları müzakirə edilib

Buzeyir mağarasının turizm imkanları müzakirə edilib

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovla birlikdə rayon ərazisində, Zuvandçayın sol sahilində, dəniz səviyyəsindən 1640 metr yüksəklikdə, çayın müasir yatağından 300-350 metr hündürdə yerləşən Buzeyir mağarasında olublar.

Mağaradan tapılan daş alətlər Mustye dövrünə aiddir. Çox əlverişli təbii şəraitə malik olan mağarada sonrakı dövrlərin də izləri var. Belə ki, mağaranın giriş hissəsindən ilk Tunc dövrünə aid çoxsaylı arxeoloji materiallar toplanıb.

İcra başçısı ilə baş direktor rayonun təbii-coğrafi şəraitini, tarixi, arxeoloji və memarlıq abidələrinin çoxluğunu nəzərə alıb, bölgənin turizm imkanlarının genişliyi barədə məsləhətləşmələr aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: