Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.09.2022 12:03
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunda pambıq bitkisi becərilib

Dendrologiya İnstitutunda pambıq bitkisi becərilib

Dendrologiya İnstitutunun eksperimental ərazisində professor Hüseynağa Əsədov tərəfindən  (aprel 2022-ci il) Azərbaycan və Türkiyə sortu olan 2 müxtəlif növ pambıq becərilib. Əkilən pambıq bitkisinin hər bir kolundan 20-25 qoza məhsul əldə edilib.

Respublikamızın əvəzsiz kənd təsərrüfatı bitkilərindən biri pambıqdır. O, qədim dövrlərdən bəri “ağ qızıl” adı ilə məşhurdur. Şoran torpaqlarda becərilən bitki həm yüksək isti temperatura, həm də quraqlığa davamlıdır. Uzun illər aparılmış tədqiqatlar Bərdə, Tərtər, Sabirabad, Saatlı, Neftçala, Salyan, eləcə də Türkiyədə sınaqdan keçirilib. Nəticədə pambıqdan əldə olunan yem elmi tədqiqata cəlb edilib və “Müəlliflik şəhadətnaməsi” alınıb.

Aşkarlanmış bu üsul, bitkilərdən bitkilərə, xüsusilə də pambıq bitkisinə yüksək  təsiri ilə fərqlənir, ekoloji saf və təmiz pambıq məhsulu almaq mümkündür. Çox təəssüf də olsa qeyd etməliyik ki, müasir fermerlər üsula səthi yanaşırlar. Halbuki, 1990-1995-ci illərdə Türkiyənin bir çox bölgələrində tətbiq edilib və yüksək məhsul əldə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: